
ABŞ-nin Florida ştatının 4-cü kateqoriyalı sahil xəttinə çatan "Helen" qasırğasının yaratdığı fəlakətlər nəticəsində müxtəlif ştatlarda ən azı 64 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatının şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vuran "Helen" qasırğasının ölkədə təsiri davam edir.
Səlahiyyətlilər qasırğanın yaratdığı güclü külək və yağışların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ən azı 64 nəfərin həyatını itirdiyini açıqlayıb.
Ağ Evdən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden Florida və Şimali Karolinada "fövqəladə vəziyyət" elan edib və qasırğadan mənfi təsirlənənlərə "federal yardım" əmri verib.
Malik Atilay



