
Cənubi Asiya ölkəsi Nepalın paytaxtı Katmandu və ətraf şəhərlərdə leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 148 nəfər ölüb.
525.az xarici KİV-ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamada, Katmandu və ətraflarında 3 gündür davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri səbəbiylə axtarış-xilasetmə işləri davam edir.
Sel və torpaq sürüşmələri nəticəsində 148 nəfər həyatını itirib, 59 nəfər isə itkin düşüb.
Axtarış-xilasetmə qruplarının rəsmiləri sürüşmə nəticəsində bəzi əsas yolların bağlandığını və avtomobillərin yolda qaldığını qeyd ediblər.
Malik Atilay



