
Yəmən husiləri Qırmızı və Ərəb dənizlərində, eləcə də Hind okeanında iki ticarət gəmisinə hücum ediblər. 525.az xəbər verir ki, bu barədə Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Sariya Telegram kanalında məlumat verib.
İlk əməliyyatın hədəfinin Qırmızı dənizdə səkkiz ballistik və qanadlı raket, həmçinin pilotsuz təyyarə və pilotsuz qayıqla hücuma məruz qalan Britaniya neft tankeri Cordelia Moon olduğu dəqiqləşir.
Husilərin sözlərinə görə, gəmiyə ciddi ziyan dəyib. İkinci və üçüncü əməliyyatlar zamanı Hind okeanında ilk olaraq qanadlı raketlə vurulan
“Marathopolis” gəmisi hücuma məruz qalıb. Daha sonra gəmi Ərəbistan dənizində pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Son hücumun birbaşa zərbə ilə başa çatdığı qeyd edilir.
Pərvanə Sultanova



