
Birləşmiş Ştatlar Mərakeşin muxtariyyət təşəbbüsünü Sahara üzərində regional mübahisənin "ciddi, etibarlı və real" həll yolu kimi dəstəklədiyini bir daha təsdiqləyib.
525.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.
Vaşinqtonda Mərakeşin xarici işlər, Afrika Əməkdaşlıq və mərakeşli qürbətçilər naziri Nasser Bourita ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçirilib. Görüşdən sonra yayılan press-relizdə vurğulanıb ki, Birləşmiş Ştatlar Mərakeşin muxtariyyət təklifini ciddi, etibarlı və real hesab etməyə davam edir. Hər iki tərəf, həmçinin BMT Baş katibinin şəxsi nümayəndəsi Staffan de Misturanın Birləşmiş Millətlər Təşkilatının himayəsi altında “Sahara ilə bağlı siyasi prosesə daha gecikmədən davamlı siyasi həllə nail olunmasına dəstəklərini ifadə ediblər.
Pərvanə Sultanova



