
Suriya Müdafiə Nazirliyi İsrail hərbçilərinin paytaxt Dəməşqin Mezza məhəlləsində yerləşən yaşayış binasına havadan zərbə endirməsi ilə bağlı məlumatı təsdiqləyib.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkədəki səhifəsində dərc olunan məlumatda deyilir.
“Bu gün təxminən saat 17:25-də (Bakı vaxtı ilə saat 18:25-də - red.) İsrail işğal altındakı Qolan təpələrindən Dəməşqin Mezza rayonundakı yaşayış binalarından birinə hava hücumu həyata keçirib. Raket atəşi nəticəsində 3 mülki şəxs ölüb, daha 3 nəfər isə yaralanıb”, - Müdafiə Nazirliyindən qeyd edilib.



