
ABŞ prezidenti Co Bayden G7 liderləri ilə İsrailə raket hücumu edən İrana qarşı yeni sanksiyalar da daxil olmaqla, cavabın nə ola biləcəyini müzakirə edib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada Baydenin G7 ölkələrinin liderləri ilə ortaq telefon danışığı apardığı bildirilib.
"Prezident Bayden və G7 İranın İsrailə hücumlarını birmənalı şəkildə pisləyir. Bu gün prezident Bayden İranın İsrailə qarşı qəbuledilməz hücumunu müzakirə etmək və İranın hücumuna cavab tədbirləri, o cümlədən yeni sanksiyaları koordinasiya etmək üçün G7-yə qatılıb", - bəyanatda deyilib.
ABŞ və G7-nin İsrailin təhlükəsizliyinə sadiqliyinin vurğulandığı görüşdə Yaxın Şərqdə gələcək proseslə bağlı qiymətləndirmələrin aparıldığı qeyd edilib.
Malik Atilay



