
NATO-nun yeni baş katibi Mark Rutte Kiyevə gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Ruttenin NATO-nun baş katibi kimi ilk xarici səfəridir.
Səfər zamanı o bildirib ki, NATO müttəfiqlərini Ukraynanı dəstəkləməyə davam etməyə inandırmağa çalışacaq.
“NATO Kiyevə daha çox yardım göstərmək üzərində çalışır. İndi Ukraynanın ehtiyacları aktualdır və biz bunları daha sürətli şəkildə yerinə yetirməliyik”, - deyə Rutte bildirib.
İbrahim Cəfərov



