
Polşanın Milli Müdafiə Nazirliyi yanında Milli Təhlükəsizlik Komitəsi ölkənin təhlükəsizliyinə qarşı mövcud təhdidləri müzakirə edib.
525.az xəbər verir ki, prezidentin nümayəndələrinin də iştirak etdiyi görüşdə Yaxın Şərqdəki qeyri-sabit vəziyyət, o cümlədən Livanın Polşa qoşunlarının yerləşdiyi bəzi regionlardakı vəziyyəti müzakirə edilib.
Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa mətbuata bildirib ki, hökumət və prezident Livandakı vəziyyəti diqqətlə izləyir.
Qolan təpələrində missiyaları yerinə yetirən Polşa hərbçilərinə qarşı mümkün təhlükələr daim nəzarətdə saxlanılır: “Bilirik ki, hazırda bütün Polşa əsgərləri təhlükəsizdir və bazadadır. Bununla belə, vəziyyət təbii ki, çox ciddidir, onlara göz yummaq olmaz və qərarlar vəziyyətə uyğunlaşdırılmalıdır”.
Pərvanə Sultanova



