
Filippinin Panqaniban bölgəsi sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Panqaniban bölgəsindən 69 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.
Təxminən 10 kilometr dərinlikdə qeydə alınan 5,9 bal gücündə zəlzələdə can və mal itkisi qeydə alınmayıb.
Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Malik Atilay



