
Ukrayna Ali Radasının deputatı Natalya Pipa tərəfindən hazırlanmış qanun layihəsi yaxın günlərdə baxılması üçün deputatlara təqdim olunacaq.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinə görə, məktəblərdə nəinki dərs vaxtları, hətta fasilələrdə belə rus dilində danışmaq yasaqlanacaq.
Qeyd edək ki, qanun ölkədə yaşayan digər azlıqlar - macar, rumın, polyak və digər xalqların nümayəndələrinə şamil edilməyəcək. Yəni, onlar öz dillərində sərbəst ünsiyyət qura biləcəklər.
L.Tağıyeva



