
Ukrayna rəsmiləri son 24 saat ərzində Rusiya ordusunun ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 2 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Xerson Əyalət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin verdiyi açıqlamada Rusiyanın bölgədə son sutkada həyata keçirdiyi hücumlarda 2 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.
Xarkov Vilayət Prokurorluğundan verilən açıqlamada Rusiya ordusunun son 24 saatda yaşayış məntəqələrinə hücumlar təşkil etdiyi qeyd edilib və bu hücumlarda biri uşaq olmaqla 12 nəfərin yaralandığı vurğulanıb.
Ukrayna Baş Qərargahından verilən açıqlamada Ukrayna ordusunun Rusiyaya məxsus 6 tank, 17 zirehli texnika, 37 silah, 1 hava hücumundan müdafiə sistemi, 43 pilotsuz uçuş aparatı (PUA), 70 avtomobil və xüsusi texnikanı məhv etdiyi bildirilib. Bu hücumlarda ordunun son 24 saatda 1150 əsgərin də təsirsiz hala gətirildiyi qeyd edilib.
Malik Atilay



