
Rusiya Taliban hərəkatının terror təşkilatları siyahısından çıxarılması məsələsinə baxılmasını başa çatdırır.
525.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.
O, MDB Dövlətlərinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında çıxışı zamanı deyib: “Rusiya Taliban hərəkatının terror təşkilatları siyahısından çıxarılması məsələsi ilə bağlı işlərini yekunlaşdırır. Əfqanıstan hakimiyyətinin hərəkətləri ölkədə “asayişin bərqərar olmasına və sabitliyin qorunmasına yönəlib. Hesab edirik ki, kəşfiyyat xidmətləri arasında praqmatik əməkdaşlığın qurulması qarşılıqlı maraq doğurur. Bu, ilk növbədə, beynəlxalq terror təşkilatlarına, narkotiklərin qanunsuz dövriyyəsinə və silah qaçaqmalçılığına qarşı mübarizəyə aiddir”.
Pərvanə Sultanova



