
Moskvada miqrantlar Böyük Vətən Müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni təhqir edib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar insanların gözü qarşısında abidəyə ağ maye töküblər.
Hadisə srağagün baş verib. Polis abidəni təhqir edən 2 nəfəri saxlayıb. Onlar Tacikistan vətəndaşlarıdır.
Qeyd edək ki, onların hər ikisi barəsində Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb.
L.Tağıyeva



