|
|
|
|
Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşüb.
525.az “Report”-a istinadən xəbər verir ki, N.Məmmədov bu barədə “X”dəki hesabında yazıb.
Görüşdə ölkələr arasında ikitərəfli gündəliyin geniş müzakirəsi aparılıb, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin vacibliyini vurğulanıb.
Nazir COP-29-a hazırlıq, həmçinin COP-29 zamanı Azərbaycanın qlobal atəşkəs təşəbbüsü barədə məlumatlandırılıb.