
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının geniştərkibli növbəti iclası başlayıb.
525.az "Report"-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.
İclasdan əvvəl nazirlər birgə foto çəkdiriblər.
Daha sonra nazirlərin mətbuatın iştirakı olmadan məhdud tərkibdə iclası keçirilib.



