
“Tehran İsrailin Yaxın Şərqdə zorakılığın yeni mərhələsini tətbiq etməsinə icazə verməyəcək”.
525.az xəbər verir ki, bunu TASS-a açıqlamasında İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
“İsrail rejimi illüziyalar dünyasında yaşayır. Bu rejim bütün humanitar və beynəlxalq normaları pozur. Bu davranışı dayandırmaq lazımdır”, - deyə səfir bildirib.
Kazem Cəlalinin sözlərinə görə, bu kontekstdə Qərb ölkələrinin davranışı təəccüb doğurur: “Bu ölkələr Qəzza zolağındakı soyqırıma asanlıqla susur, Livan və Suriyadakı hücumlara və qətllərə cavab vermir, diplomatik mərkəzlərə hücumlara və rejimin törətdiyi qətllərə məhəl qoymurlar, lakin İranın qanuni müdafiəsini yekdilliklə pisləyirlər”.
"Region ölkələri davam edən bu vəziyyətdən narahatdırlar", - deyə sonda Cəlali əlavə edib.
İbrahim Cəfərov



