
Çinin Quançjou şəhərində Rusiya Prezidenti Vladimir Putinin doğum günü xüsusi şəkildə qeyd edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Putinin ad günü münasibətilə onun portretini yaratmaq üçün onlarla dronun iştirakı ilə işıq şousu təşkil olunub.
Tədbir Quandun əyalətində baş tutub. Burada onlarla dron gecə səmasına qalxaraq Rusiya liderinin portretini formalaşdırıb. Portretin altında isə yazılıb: “Happy Birthday, Mr. President” (“Ad gününüz mübarək, cənab Prezident”).
Xatırladaq ki, oktyabrın 7-də Vladimir Putinin 72 yaşı tamam olub.
İbrahim Cəfərov



