
Son 2 həftədə Livandan Suriyaya köçənlərin sayı 400 mini ötüb.
525.az xəbər verir ki, bu barədə BƏƏ-nin “Gulf Today” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, sentyabrın 23-dən etibarən buna qədər Livanda yaşayan 300 min suriyalı, eləcə də 102 min livanlı sərhədi keçib.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Sentyabrın sonundan etibarən İsrail Livanın cənubunda və Beyrutda fəal şəkildə hava hücumları həyata keçirərək “Hizbullah”ın infrastrukturunu məhv edir.
Həmçinin İsrail ordusu cənubda, sərhəd bölgəsində “Hizbullah”ın hədəflərinə qarşı quru reydlərinin başladığını da açıqlayıb.
İbrahim Cəfərov



