
Nepalda 5 nəfərdən ibarət alpinist qrupu faciəli şəkildə dünyasını dəyişib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Alpinistlər Cəmiyyətinin üzvü Anna Piunova sosial şəbəkə hesabında paylaşım edib.
Qrupun üzvlərindən Valeri Şamalo faciədən az əvvəl özünü pis hiss etdiyi üçün 6100 metr hündürlükdəki düşərgəyə endirilib. Qalan 5 nəfər - Dimitri Şpelevoy, Mixail Nosenko, Vladimir Çistikov, Oleq Kruqlov və Aleksandr Duşeyko isə zirvəyə qalxmağa davam edib. Amma 7600 hündürlükdə bağın qopması nəticəsində alpinistlər 500 metr aşağı yuvarlanaraq həlak olublar.
Anna Piunova statusunda cəsədlərin xüsusi helikopter vasitəsilə havadan müşahidə zamanı aşkarlandığı da bildirib.
Qeyd edək ki, Rusiyanın Nepaldakı səfirliyinə hadisə ilə bağlı məlumat verilib. Cəsədlərin çətin relyefli ərazidən çıxarılması variantları araşdırılır.
L.Tağıyeva



