|
|
|
|
Nepalda Caulagiri dağına qalxarkən həlak olan rus qrupundan sağ qalmış yeganə alpinist Valeri Şamalo pis hava şəraiti səbəbindən zirvənin fəthindən imtina etdiyini deyib.
525.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bu barədə danışıb.
“Təxminən 7700 m yüksəklikdən axşama doğru zirvəyə çatacağımızı və gecə enməli olacağımızı anladım. Yamac mənə sıldırımlı və təhlükəli görünürdü, orda tab gətirmək çətin idi. Gecələr əsən güclü külək bizə təhlükə yarada bilərdi. Yoldaşlarıma dedim ki, bu şərtlər altında getməkdən qorxuram. Əllərim, ayaqlarım artıq donmuşdu. Ona görə də belə şəraitdə qalxma və enmə həddindən artıq ekstremal olardı".
Alpinst deyib ki, qrup onun qərarına hörmətlə yanaşıb, düşərgəyə getməyi məsləhət görüblər. O, düşərgədə alpinistləri gözləməyə başlayıb, amma onlar gəlməyiblər.
Həmin gün səhər saatlarında Nepalda dağa qalxan 5 rusiyalı alpinistin həlak olduğu məlum olub. Alpinistlər oktyabrın 6-da itkin düşüblər. Onların 7,6 min metr hündürlükdən yıxıldığı güman edilir.
Pərvanə Sultanova