|
|
|
|
Hindistan hökuməti Maldiv rəsmiləri tərəfindən baş nazir Narendra Modinin təhqir olunmasına görə yaranmış qalmaqal aradan qaldırdıqdan sonra arxipelaqa yardım göstərəcəyini vəd edib.
525.az xarici mətbuata istinadən xəbər verir ki, yardım 400 milyon dollar və 30 milyard rupi (357 milyon dollar) təşkil edəcək.
Britaniyanın "The Financial Times" nəşrinə görə, arxipelaq hakimiyyəti defoltun qarşısını almaq üçün kömək istəyib. Qərar Modinin Maldiv adalarının prezidenti Mohamed Muizzou ilə görüşündə açıqlanıb.
Hindistan hökuməti bəyan edib ki, bu yardım respublikanın cari maliyyə problemlərinin həllinə kömək etməlidir.
Xatırladaq ki, ötən qış Maldiv nazirlərinin üç müavini X sosial şəbəkəsində Modini Yaxın Şərqdəki münaqişədə İsrailə dəstək verdiyinə görə təlxək, terrorçu və İsrailin kuklası adlandırıb. Hadisədən sonra məmurlar işdən çıxarılıb. Maldiv hakimiyyəti bu şəxslərin fikirlərinin dövlətin mövqeyini əks etdirmədiyini açıqlayıb.
Pərvanə Sultanova