|
|
|
|
"Hizbullah" Livan parlamentinin spikeri Nəbih Berrinin ölkənin cənubunda atəşkəslə bağlı təşəbbüsünü dəstəkləyir.
525.az "Report"-a istinadən xəbər verir ki, bunu hərəkatın baş katibinin müavini Naim Kasem televiziya müraciətində bildirib.
“Biz spiker Nəbih Berrinin siyasi səylərini dəstəkləyirik. Lakin atəşkəs əldə olunmayana qədər heç bir şərtlə bağlı müzakirələr aparmayacağıq”, - o vurğulayıb.
N.Kasem, həmçinin bildirib ki, İsrail və ABŞ-nin “Hizbullah”a hərbi təzyiq göstərmək cəhdləri heç bir nəticə verməyəcək: “Bu müharibə nə qədər uzun sürərsə, İsraildə köçkünlərin sayı bir o qədər çoxalacaq. Çünki əməliyyatları gücləndirmişik”.