|
|
|
|
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı yəqin ki, Zəngəzur dəhlizi mövzusuna toxunulub.
525.az "Report" -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Putin onların hər biri ilə ayrı-ayrılıqda təkbətək danışıb. Üstəlik, prezident yəqin ki, hər biri ilə yarım saat oturub, buna görə də yəqin ki, fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, – mətbuat katibi qeyd edib.