
Nigeriyanın Niger əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayı 70-ə yüksəlib.
525.az xarici KİV-ə istinadən bildirir ki, Milli Daxili Su Yolları Təşkilatından verilən açıqlamada, oktyabrın 1-də Niger əyalətində Gbajibo çayında qayığın batmasından sonra xilasetmə işlərinin davam etdiyi bildirilib.
Açıqlamada bildirilib ki, qəzada həyatını itirənlərin sayı 70-ə çatıb, 150 nəfər xilas edilib.
Nigeriya Prezidenti Bola Əhməd Tinubu həyatını itirənlərə görə əyalət xalqına başsağlığı verib.
Qeyd edək ki, oktyabrın 1-də Niger əyalətinin Mokva bölgəsində təxminən 300 nəfərin Mövluddan qayıdarkən olduğu qayıq Gbajibo çayında aşıb.
Malik Atilay



