
1 il ərzində Britaniya əhalisi ancaq miqrantların hesabına 662 min artıb.
525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.
ONS-nin məlumatında göstərilir ki, ötən ilin ortalarında krallığın əhalisi 63.5 milyon olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz artım deməkdir.
Əhali sayının artımı miqrantların hesabınadır. İnişilin iyununda 2023-cü ilin iyununda kimi Britaniyaya 1,185 milyon miqrant gəlib. İmmiqrantların sayı isə 508 min nəfər təşkil edib.
Qeyd edək ki, ONS əhali sayı ilə bağlı 1971-ci ildən bu cür hesablama aparır. O vaxtdan əhali sayında artım ilk dəfə rekord göstərici olaraq 1 faiz həddinə yüksəlib.
L.Tağıyeva



