ABŞ prezidenti Co Bayden Floridaya yaxınlaşan Milton qasırğasının “əsrin fırtınası”na bənzədiyini söyləyib.
525.az xəbər verir ki, o, bu barədə “Fox News”a açıqlamasında bildirib.
“Külək güclü olacaq. Sürəti saatda 160 kilometrdən çox olacaq, dalğaların hündürlüyü 4,5 metrə çatacaq, yağıntıların miqdarı isə 460 millimetr olacaq”, - deyə Ağ Evin rəhbəri qeyd edib.
Bayden fəlakətdən zərər çəkən hər kəsi təcili yardım xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.
“Bu, sözün əsl mənasında ölüm-dirim məsələsidir”, - deyə ABŞ prezidenti xəbərdarlıq edib.
Xatırladaq ki, Milton qasırğasının yaxınlaşması ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilib və təxminən 6 milyona yaxın insanın təxliyyəsinə başlanılıb.
İbrahim Cəfərov