Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan ABŞ-nin sabiq dövlət başçısı Donald Tramp bildirib ki, onun hakimiyyətdə olduğu illərdə Vaşinqton, Moskva və Pekin nüvə silahından tam imtinanı nəzərdə tutan saziş bağlamağa yaxın idi.
525.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Tramp qeyd edib ki, ABŞ, Rusiya və Çin arasındakı müvafiq razılaşmaya digər ölkələrin də qoşulması nəzərdə tutulurdu.
“Biz nüvə silahından tamamilə xilas olmaq üçün saziş bağlamağa yaxın idik. Bu, çox gözəl olardı”, - deyə Tramp bildirib.
İbrahim Cəfərov