Ukrayna prezidenti Vladimir Zelenski Parisə gəlib və Fransanın dövlət başçısı Emmanuel Makronla görüşüb.
525.az xəbər verir ki, bu barədə “Strana.ua” teleqram kanalı fransız kanallarına istinadən məlumat yayıb.
Yayımlanan kadrlarda Zelenskinin avtomobil kortejindən çıxaraq Makronla əl sıxışması və fəxri qarovul dəstəsinin müşayiəti ilə hökumət binasına daxil olması əks olunub.
Ukrayna prezidentinin Fransa paytaxtına gəlişinin məqsədi barədə hələlik hər hansı məlumat verilməyib.
Qeyd edək ki, Zelenski daha əvvəl Londona yollanaraq Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.
İbrahim Cəfərov