
Rusiya, Belarus, Tacikistan və İtaliya vətəndaşları Moldovaya buraxılmır.
525.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
“20-dən çox rusiyalı Moldovaya buraxılmadı”, - deyə bildirilib.
Qeyd olunur ki, ölkəyə girişinə qadağa qoyulanların əksəriyyəti artıq hava limanından geri dönüblər. Digərləri isə hələ də hava limanında vəziyyətin dəyişəcəyini gözləyirlər.
O da bildirilir ki, onlarla insanın ölkəyə girişinə icazə verilməməsi ilə yanaşı, həmçinin müxalifət blokunun üzvlərinin teleqram kanalları da bloklanıb.
Xatırladaq ki, oktyabrın 20-də Moldovada prezident seçkiləri keçiriləcək. Qeydiyyat üçün tələb olunan sənədlər 12 namizəd tərəfindən təqdim edilib.
İbrahim Cəfərov



