
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko müdafiə naziri Rüstəm Umerovun istefasını tələb edib.
525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Qonçarenko ölkəsinin səfərbərliklə bağlı böyük problem yaşadığını vurğulayıb.
“Ancaq dəyişiklik etmək və vəziyyəti yaxşılaşdırmaq üçün hələ də gec deyil. İndi bizdə adi korrupsiya piramidasına çevrilmiş nəhəng bir məcburetmə sistemi var... Kim pul ödəyə bilirsə, ödəyir. Bunu edə bilməyənlər isə zorla səfərbərliyə cəlb olunurlar. Bu, böyük problemdir”, - deyə deputat bildirib.
Aleksey Qonçarenkonun fikrincə, Ukrayna hakimiyyəti məcburi səfərbərlik və korrupsiya hallarının qarşısını almaq üçün çağırışçılara lazımi şərait yaratmalı və onlara sosial dəstək göstərməlidir.
İbrahim Cəfərov



