|
|
|
|

Nigeriya ordusu İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarına və onların dəstə üzvlərinə qarşı keçirdiyi əməliyyatlarda bir həftə ərzində 101 terrorçunu məhv edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba ordunun son bir həftədə ölkənin müxtəlif bölgələrində terror təşkilatlarına qarşı əməliyyatlarını davam etdirdiyini bildirib.
Buba qeyd edib ki, əməliyyatlar zamanı “Boko Haram”ın komandiri də daxil olmaqla 101 terrorçu zərərsizləşdirilib.
Buba əməliyyatlar zamanı terrorçular tərəfindən tutulan 157 nəfərin sərbəst buraxıldığını, 182 terrorçunun isə nəzarətə alındığını bildirib. Əməliyyatlar zamanı terrorçulara məxsus 71 silah, 2 avtomobil və mühüm sursatın ələ keçirilib.
Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP-ın hücumları ilə üzləşib.
Malik Atilay



