|
|
|
|

TUSAŞ-da terror hücumu zamanı ölənlərin sayı 5-ə çatıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, 2-si ağır olmaqla 19 yaralı vətəndaşın isə müalicəsi davam edir. Nazir həmçinin, ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini əlavə edib.
xxx
Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
xxx
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.
Digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.
Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.
xxx
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinin (TUSAŞ) qarşısında atışma davam edir.
İçəridə girovların olduğu bildirilir.
xxx
Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.
Bu barədə yerli media məlumat yayıb.
"SABAH" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb. (APA)



