|
|
|
|

Norveçin Nurland bölgəsində sərnişin qatarı qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 5 vaqondan ibarət qatar relsdən çıxıb, bəzi vaqonlar aşıb.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları gəliblər.
Qəza anımda qatarda 70-ə yaxın sərnişinin olduğu bildirilir.
Qeyd edək ki, hadisə nəticəsində ölən olmasa da, sərnişinlərin əksəriyyəti müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanalara yerləşdirilib.
L. Tağıyeva



