|
|
|
|

66 yaşlı qadın səyahət etdiyi "Allure of the Seas" kruiz gəmisinin 14-cü mərtəbəsindən suya tullanıb və yoxa çıxıb.
525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisə Baham adaları yaxınlığında baş verib.
İnsident gəminin digər 400 sərnişini arasında təşvişə səbəb olub. Gəmidəki xilasedicilər dərhal qadının sudan çıxarılması üçün qayıqlarla suya ensələr də, faydası olmayıb. Az sonra axtarışa helikopter və təyyarə də cəlb edilib. Lakin qadını okean sularında tapmaq mümkün olmayıb.
Qeyd edək ki, adı çəkilməyən sərnişinin hansı səbəbdən suya tullanması məlum deyil.

L.Tağıyeva



