|
|
|
|

ABŞ-də təyyarəyə soxulan siçovul sərnişinlər arasında təşviş yaradıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Dallasdan Los-Ancelesə uçan "Spirit Airlines" şirkətinə məxsus
təyyarədənin göyərtəsində baş verib.
Yük yeri ilə qaçan siçovul həddən artıq böyük olduğundan sərnişinlər ona yarızarafat-yarıgerçək "super siçovul" ləqəbi veriblər.
Təlimata görə, təyyarə göyərtəsində gəmirici aşkarlanarkən, pilotlar təcili eniş barədə qərar qəbul etməlidirlər. Çünki gəmiricilər elektrik naqillərini gəmirə bilərlər. Bu da qəza ehtimalını artırır. Amma indiki halda pilotlar 3 saatlıq uçuşu başa vurmağa qərar veriblər və təyyarə Los-Anceles hava limanına problemsiz eniş edib. Əlbəttə, siçovulun yaratdığı təşvişi nəzərə almasaq.
Qeyd edək ki, şirkət baş verənlərlə bağlı sərnişinlərdən üzrhaqlıq edərək bu cür insidentlərin bir daha baş verməyəcəyini bildirib. Təyyarə isə dezinfeksiya edilərək yenidən xəttə buraxılıb.
L.Tağıyeva



