|
|
|
|

Ukraynada Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahından verilən açıqlamada, müharibədə həlak olan 501 Ukrayna əsgərinin cənazəsini qəbul etdikləri bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada mərhum əsgərlərin şəxsiyyətləri müəyyən edildikdən sonra dəfn olunmaq üçün ailələrinə təhvil veriləcəyi vurğulanıb.
Rusiya parlamentinin aşağı palatası Dumasının deputatı Şamsail Saraliyev verdiyi açıqlamada isə Rusiyanın Ukraynadan 89 əsgərin cəsədini qəbul etdiyini açıqlayıb.
Malik Atilay



