|
|
|
|

Afrika qitəsinin ən sıx məskunlaşdığı Nigeriyada 129 milyon insanın yoxsulluq içində yaşadığı bildirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Bankının Nigeriya Ofisinin dərc etdiyi hesabatda ölkədə inflyasiyanın artmasının milyonlarla nigeriyalını aclığa məhkum etdiyi bildirilib.
Nigeriyada 129 milyon insanın yoxsulluq içində yaşadığı qeyd edilən hesabatda, iqtisadi inkişafın inflyasiya qədər sürətli olmadığı üçün yoxsulluğun sürətlə artdığı ifadə edilib.
Hesabatda ötən il ölkədə yoxsulluq içində yaşayan insanların sayının 115 milyon olduğu, yəni bu il daha 14 milyon nigeriyalının yoxsullaşdığı vurğulanıb.
Qeyd edək ki, Afrika qitəsinin zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriyada gəlir bərabərsizliyi, terror təşkilatı "Boko Haram" və silahlı dəstə üzvlərinin hücumları kimi problemlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir.
Malik Atilay



