|
|
|
|

Son 4 ildə Ukraynada şagirdlərin azalması nəticəsində 2114 məktəb fəaliyyətini dayandırıb.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunun əsas səbəbləri demoqrafik problemlər və Rusiya ilə müharibədir.
2020/21-ci təhsil ilində Ukraynada 14815 məktəb fəaliyyət göstərib. Bu təhsil ilində isə onların sayı 14 faiz azalaraq, 12.701-ə düşüb.
Məktəblərin bağlanması faktına ən çox kəndlərdə rast gəlinir. Şəhərlərə kütləvi köçlər, müharibəyə görə əhalinin bir hissəsinin ölkədən çıxması 2 mindən çox məktəbin demək olar ki, şagirdsiz qalması ilə nəticələnib.
Dövlət bu cür məktəbləri saxlamağın faydasız olduğu fikrindədir və bu üzdən onların fəaliyyətini dayandırmağa məcbur olub.
Yeri gəlmişkən, Ukraynalıların Ümumdünya Konqresinin təlim-tərbiyə şöbəsinin müdiri Lyubov Lobçik 2022-ci ildən bu yana 1 milyondan çox şagirdin ölkəni tərk etdiyini bildirib.
L.Tağıyeva



