|
|
|
|

Vladimir Zelenski Kazanda BRİKS sammitində iştirak etdiyi üçün BMT-nin baş katibi Antonio Quterreşin Ukraynaya səfərinə icazə verməyib.
525.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Ukrayna liderinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
“Kazandan sonra Quterreş Ukraynaya gəlmək istəyirdi. Lakin Zelenski bu səfərə razılıq vermədi. Buna görə də Quterreş burada olmayacaq”, - deyə mənbə bildirib.
Xatırladaq ki, BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 23-də Kazana gələrək BRİKS sammitində iştirak edib. Sammit çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
İbrahim Cəfərov



