|
|
|
|

Tanınmış aktyor Mel Gibson ABŞ-nin vitse-prezidenti, prezidentliyə namizəd Kamal Harrisin intellektini sütunla müqayisə edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, TMZ-nin jurnalisti ilə hava limanındakı söhbəti zamanı deyib.
Mətbuat nümayəndəsi Mel Gibsondan seçkilərdə sabiq prezident Donald Trampı dəstəkləyib-dəstəkləməyəcəyini soruşub. Aktyor isə suala “yaxşı təxmindir” deyə cavab verib.
Daha sonra jurnalist M.Gibsona “seçkilərdə Kamala Harris qalib gələcəyi təqdirdə, dünya necə olacaq” sualını ünvanlayıb.
“Kamala qalib olsa, dünyanın necə olacağını bilirəm. Hər şey pis olacaq. Hansısa siyasət olmayacaq. Çünki onun intellekti sütun kimidir”, - deyə aktyor cavab verib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
İbrahim Cəfərov



