|
|
|
|

Rusiya Gürcüstanda keçiriləcək parlament seçkilərinə təsir göstərə bilməyəcək.
525.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Euronews” telekanalına müsahibəsində deyib.
“Deyə bilərəm ki, Rusiyanın Gürcüstanda heç bir təsir qüvvəsi yoxdur. Çünki onun təsir göstərə biləcəyi hansısa siyasi partiya mövcud deyil. Eləcə də media baxımından da təsir yoxdur. Ona görə də Rusiya Gürcüstanda keçiriləcək seçkilərə təsir göstərə bilməyəcək”, - deyə Kobaxidze bildirib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri sabah - oktyabrın 26-də keçiriləcək. Hakimiyyətdə olan “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası dördüncü dəfə seçkilərdə qalib gəlməyi hədəfləyir. Onun əsas rəqibləri dörd müxalifət partiyası, o cümlədən eks-prezident Mixail Saakaşvilinin yaratdığı “Milli Hərəkat” partiyası hesab olunur.
İbrahim Cəfərov



