|
|
|
|

Hindistanda 23 yaşlı gənc fillə selfi çəkdirmək istəyərkən onun hücumuna məruz qalıb və dünyasını dəyişib.
525.az Hindistan mətbuatına istinadən xəbər verir ki, Şrikant Satre adlı gənc 2 dostu ilə Qadçiroli şəhəri yaxınlığında yerləşən Abapur meşəsində gəzinti zamanı vəhşi fillərlə rastlaşıb.
Satre təhlükəli olmasına baxmayaraq, fillə selfi çəkdirmək qərarına gəlib və qəfildən vəhşinin hücumuna məruz qalıb. Fil gənci sözün həqiqi mənasında çığnayıb.
Dostlarının çağırdığı təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda Satre artıq dünyasını dəyişibmiş. Onun ölümünə səbəb kimi filin vurduğu ağır travmalar göstərilib.
Qeyd edək ki, bu hadisəyə kimi yerli hakimiyyət orqanları dəfələrlə əhaliyə müraciət edərək bildirmişdi ki, vəhşi heyvanlarla təmasdan uzaq dayansınlar.
L.Tağıyeva



