|
|
|
|

"Coca-Cola" şirkəti Avstriya bazarında yarım litrlik şüşələrdəki içkilərini yığışdırmaq məcburiyyətində qalıb.
525.az Avstriya mətbuatına istinadən xəbər verir ki, içkinin tərkibinə təhlükəli maddələrin olması ehtimalı şirkəti bu addımı atmağa vadar edib.
Yerli KİV-nin yaydığı digər məlumatda istehsal prosesi zamanı texniki nasazlıq yaşandığı və bu üzdən içkinin tərkibində metal hissəciklərin düşməsi güman edilir.
İçkilərin tərkibində bu cür maddələrin olması insan sağlamlığı üçün böyük təhlükə törətdiyindən şirkət sözügedən qərarı verib.
Qeyd edək ki, gələn ilin 4 fevral-12 aprel tarixlərinə kimi yararlılıq müddəti olan yarım litrlik qablarda olan "Coca-Cola", "Coke", "Fanta", "Sprite" и "MezzoMix" içkiləri yığışdırılaraq məhv ediləcək.
L.Tağıyeva



