|
|
|
|

Fransa ilə İngiltərə arasında Manş boğazını keçməyə çalışan qeyri-qanuni mühacirləri daşıyan qayığın batdığı, ilkin tapıntılara görə 3 nəfərin həyatını itirdiyi açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Dəniz Administrasiyası, Fransanın şimalındakı Pas-de-Kale bölgəsindəki Sanqatte sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayığın bu gün səhər saatlarında batdığını açıqlayıb.
Fransa Dəniz Administrasiyası, xilasetmə qruplarının yerli vaxtla 08:00 radələrində baş verən hadisədən sonra suya düşən 48 qeyri-qanuni miqranta müdaxilə etdiyini və ilkin təsbitlərə görə 3 miqrantın həyatını itirdiyini, 1-nin isə yaralandığını qeyd edib.
İlin əvvəlindən Fransadan İngiltərəyə Manş boğazını keçən qeyri-qanuni mühacirlərin sayı 26 mini keçib.
Qeyd edək ki, bu il 54-dən çox qeyri-qanuni miqrant La-Manş boğazını keçməyə cəhd edərkən həyatını itirib.
Malik Atilay



