|
|
|
|

Misir prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağında müvəqqəti atəşkəsin bağlanmasını və bölgədə tam atəşkəsə keçməzdən əvvəl bir neçə girovun azad edilməsini təklif edib.
525.az APA-ya istinadən xəbər verir ki, ölkə prezidenti bunu Qahirədə əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə keçirdiyi mətbuat konfransında deyib.
Misir liderinin sözlərinə görə, müvəqqəti razılıq əldə edildikdən sonra Qəzzada tam atəşkəsə keçidlə bağlı on gün ərzində məsləhətləşmələr aparılmalıdır.



