|
|
|
|

İsrail Müdafiə Nazirliyi bu gün “Iron Beam” lazer hava hücumundan müdafiə sistemlərinin tədarükü haqqında 500 milyon dollar dəyərində müqavilələr imzalayıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirə istinadən məlumat yayıb.
"Bu sövdələşmə yeni eranın – lazer müdafiə sistemi dövrünün başlanğıcıdır", - E.Zamir bildirib.
Onun sözlərinə görə, ilk yerüstü lazer hava hücumundan müdafiə qurğuları 2025-ci il ərzində istifadəyə veriləcək.
“Iron Beam” reaktiv və minaatan mərmilər, PUA və qanadlı raketlər də daxil olmaqla müxtəlif hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.



