|
|
|
|

Moskva Tbilisi ilə əlaqələrin genişləndirilməsi təkliflərini müzakirə etməyə hazırdır.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Gürcü qonşularımızdan təmaslarla bağlı əlavə təkliflər olarsa, təbii ki, biz onları nəzərdən keçirəcəyik. Biz heç vaxt təmaslardan yayınmamışıq”, - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.



