|
|
|
|

İndoneziyada ən son “Apple” smartfonlarının satışı qadağan olunub.
525.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qadağa “Apple”n digər məhsullarına şamil olunmayıb, yalnız “iPhone 16”ya aiddir.
İndoneziya Sənaye Nazirliyindən bildirilib ki, şirkətin yerli bölməsi olan “PT Apple Indonesia” ölkədə “iPhone 16” satışı üçün tələb olunan investisiya öhdəliklərini yerinə yetirməyib.
İndoneziyanın “Antara” xəbər agentliyinin yaydığı xəbərə görə isə, “PT Apple Indonesia” ölkədə “iPhone 16” satışına görə lisenziya almaq üçün 1,71 trilyon İndoneziya rupisi (108,7 milyon dollar) investisiya etməlidir. Hazırda edilən investisiyanın həcmi tələb olunandan 240 milyard rupi aşağıdır.
İndoneziya hakimiyyət orqanlarının yerli sənayeçiləri dəstəkləmək və idxaldan asılılığı azaltmaq siyasəti xarici şirkətlərdən ölkə daxilində məhsul və xidmətlərin istifadəsi ilə bağlı qaydalara riayət olunmağı tələb edir. Bu, müxtəlif yollarla, o cümlədən, investisiya və ya yerli vətəndaşların işə götürülməsi yolu ilə edilə bilər.
Qeyd edək ki, qadağa “iPhone 16”nın ölkə daxilində satışına şamil edilir və xaricdən alınan cihazlara aid edilmir.
İbrahim Cəfərov



