|
|
|
|

Çinin Quyyan əyalətinin Quyçjou şəhər sakini olan qadın müxtəlif vaxtlarda 17 uşağı oğurlayıb satdığı üçün edam olunacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Ali Xalq Prokurorluğu məlumat yayıb.
Əslində, Yuy Huain adlı qadın 16 uşaq oğurlayıb və uşaqsız ailələrə satıb. 17-ci uşaq isə öz övladı olub.
Məhkəmə edam hökmündən əlavə uşaq oğrusunun bütün siyasi hüquqlarını ləğv edib. Həmçinin, qadının əmlaka müsadirə olunub.
Qeyd edək ki, qadının əməli DNT analizlərindən üzə çıxıb. Məsələdən duyuq düşən hüquq-mühafizə orqanları uşaqların, onların saxta valideynlərinin analizlərini tutuşdurduqdan sonra cinayətin üstü açılıb.
Yeri gəlmişkən, Yuy Huain daha əvvəl uşaq oğurluğuna görə 8 il həbsdə yatıb. Həbsxanadan çıxdıqdan sonra isə köhnə vərdişindən əl çəkməyib.
L.Tağıyeva



