|
|
|
|

Çində rüşvətxorluqla mübarizə çərçivəsində 589 min vətəndaş cəzalandırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İntizamın yoxlanması üzrə Mərkəzi Komissiyası məlumat yayıb.
Məlumatda həmçinin, cari ilin ilk 8 ayı ərzində prokurorluq tərəfindən 2972 cinayət işinin açıldığı da qeyd olunur.
Bu müddətdə bütün ölkə üzrə intizamı yoxlayan orqanlara 2 milyon 700 mindən çox şikayət daxil olub.
Yeri gəlmişkən, 2000-ci ildə Çində rüşvət almağa görə 10 mindən çox məmur güllələnib, 120 mini isə 10-20 il arası həbs cəzasına məhkum edilib.
L.Tağıyeva



